Bakıda qardaş bacısını BIÇAQLADI

22 Fevral 2019 02:58 (UTC+04:00)

Bakıda qardaş bacısını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Rayonun Pivəzavod küçəsi, ev 5-də yaşayan ruhi əsəb xəstəsi, 1991-ci il təvəllüdlü Orxan Xeyrulla oğlu Nağıyev onunla birlikdə yaşayan bacısı, 1987-ci il təvəllüdlü Xatirə Xeyrulla qızı Nağıyevanı sol bud nayihəsindən bıçaqlayıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən O.Nağıyev 9 saylı Təcili Tibbi Yardımın psixiatrik briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.