Yevlaxda DƏHŞƏTLİ QƏZA: ölən var

22 Fevral 2019 04:53 (UTC+04:00)

Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Aşağı Qarxun kəndi ərazisində hərəkətdə olan "VAZ-21011" markalı avtomobil qarşıda gedən yük avtomobilinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.