KTMT ən azı bir il başsız qalacaq

22 Fevral 2019 13:53 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər.

Publika.az xəbər verir ki, bu haqda “Kommersant” nəşrinə Rusiyanın Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə danışıb.

KTMT-yə yaxın həmsöhbət qeyd edib ki, Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın bu vəzifəyə təyinatı bu posta öz namizədini gətirmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə görə baş tutmur.

“KTMT-də onunla barışıblar ki, təşkilatda daha bir il birinci katib olmayacaq, onun vəzifələrini 2020-ci ilin əvvəlinə kimi Rusiya nümayəndəsi Valeriy Semerikov icra etməyə davam edəcək”, - mənbə deyib.

Ömər