İlham Əliyev Qızılağac Milli Parkı haqqında Əsasnaməni təsdiqlədi

22 Fevral 2019 21:57 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.