50 nəfər keyfiyyətsiz alkoqolun qurbanı oldu

23 Fevral 2019 09:35 (UTC+04:00)

Hindistanda ən azı 50 nəfər keyfiyyətsiz alkoqoldan zəhərlənərək həyatını itirib. Daha öncə 17 nəfərin öldüyü və 40 nəfərin xəstəxanaya yerləşdirildiri bildirilirdi.

Publika.az xəbər verir ki, hadisə qurbanları Assam ştatının çay sahələrinin işçiləri olub. İşçilər əmək haqqının alınmasını qeyd edərkən tərkibində metanol olan likör içiblər.

İçkini istehsal edən şirkətinin rəhbəri və daha 4 nəfər saxlanılıb.