ABŞ-da təyyarə qəzası

24 Fevral 2019 04:55 (UTC+04:00)

Atlas Air şirkətinə məxsus yük təyyarəsi ABŞ-ın Texas ştatında qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, təyyarənin göyərtəsində 3 nəfər olub.

Təyyarə Mayamidən Hyustona hərəkət edirmiş və yerli vaxtla saat 12:45-də yerə çırpılıb.

Ölən və xəsarət alanlar barədə məlumat verilməyib.