Səudiyyə Ərəbistanında daha bir TARİXİ QƏRAR

24 Fevral 2019 09:14 (UTC+04:00)

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadın səfir təyin edilib.

Publika.az xəbər verir ki, şahzadə Rima bint Bəndər krallığın ABŞ-dakı səfiri təyin edilib.

Bu barədə qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.

Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə ölkənin ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.