Məşhur rejissor öldü

24 Fevral 2019 13:43 (UTC+04:00)

Məşhur rejissor, xoreoqraf Stenli Donen vəfat edib.

Publika.az xəbər verir ki, 94 yaşlı rejissorun oğlu Mark Donen atasının xəstəxanada vəfat etdiyini bildirib.

Qeyd edək ki, S.Donen 1952-ci ildə rejissorluq etdiyi "Singing in the Rain" muzikalı ilə məşhurlaşmışdı. Film 2006-cı ildə Amerika Film İnstitutu tərəfindən tarixin ən yaxşı film muzikalı seçilib.

Onun digər tanınmış filmləri "On the Town", "Seven Brides for Seven Brothers" və "Funny Face"dir.

Stenli Donen 1998-ci ildə Fəxri Oskar mükafatı ilə təltif edilmişdi.