Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçildi

24 Fevral 2019 18:27 (UTC+04:00)

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, Təkirdağın millət vəkili Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Publika.az xəbər verir ki, TBMM-yə sədrlik uğrunda 4 namizəd mübarizə aparıb. Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası AKP xeyrinə sədrliyə namizəd irəli sürməyib.

Mustafa Şentop səsvermənin üç turunda tələb olunan sayda səs toplayaraq Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Bu vaxtadək Türkiyə parlamentində AKP millət vəkilləri qrupuna rəhbərlik edən Mustafa Şentop ixtisasca hüquqşünasdır. O, ardıcıl olaraq dörd çağırışda Türkiyə parlamentində təmsil olunur.

Xatırladaq ki, TBMM-nin keçmiş sədri Binəli Yıldırım martın 31-də keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə namizəd olduğu üçün spiker postundan istefa verib.