"Neftçi" - "Səbail" oyununda İNSİDENT: baş məşqçilər... - VİDEO

24 Fevral 2019 19:12 (UTC+04:00)

"Neftçi" və "Səbail" arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra iki komandanın baş məşqçiləri arasında insident baş verib.

"Report"un məlumatına görə, flaqmanın baş məşqçisi Roberto Bordin gənc həmkarı Aftandil Hacıyevə sərt formada etirazını bildirib.

Hacıyev isə buna eyni qaydada cavab verib. İnsidentin böyüməsinə köməkçi məşqçilər imkan verməyiblər.

Bordin Hacıyevlə münaqişənin səbəbini belə izah edib: "Oyunun gedişində futbolçumuza etirazını bildirirdi. Bu isə məncə, düzgün deyil".

Qeyd edək ki, görüş "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.