Mehdiyevdən BÖYÜK UĞUR - İlk dəfə...

24 Fevral 2019 21:00 (UTC+04:00)

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

Publika.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı karyerasında ilk dəfə nüfuzlu yarışın qızıl medalını qazanıb.

O, finalda yaponiyalı Sanşiro Muraonu məğlubiyyətə uğradıb.