Avstraliyada güclü zəlzələ oldu

24 Fevral 2019 22:00 (UTC+04:00)

Avstraliya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Publika.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri ölkənin paytaxtı Kanberra şəhərindən 2571 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.