Əfqanıstanda 4 minə yaxın dinc sakin öldürüldü

25 Fevral 2019 06:49 (UTC+04:00)

Ötən il ərzində Əfqanıstanda münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 3,8 min nəfəri ötüb.

Publika.az xəbər verir ki, BMT-nin Əfqanıstana yardım missiyasının məlumatına görə, bu, son 10 ildə ən yüksək göstəricidir. Missiyanın hesabatında bildirilir ki, ötən il 3804 dinc sakin, o cümlədən 927 uşaq münaqişə qurbanı olub. Daha 7189 mülki şəxs yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.

Hesabata əsasən mülki şəxslərin 63 faizi hökumətə qarşı çıxan qüvvələrin – Taliban hərəkatının və İŞİD terror qruplaşmasının hücumları nəticəsində həyatını itirib.

2009-cu ildən indiyədək Əfqanıstanda mülki əhali arasında münaqişə qurbanların sayı ümumilikdə 32 min nəfəri ötüb, 60 minə yaxın insan isə yaralanıb.