Ermənistanda hökumət binası yanır

25 Fevral 2019 10:47 (UTC+04:00)

Ermənistan hökumətinin binası yanır.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə ilə bağlı 2-ci dərəcəli yanğın çağırışı verilib. Hadisə yerinə 6 yanğınsöndürən maşın göndərilib.

Yanğın son mərtəbədə kabinetlərdən birində yaranıb. Təfərrüatlar haqqında məlumat verilmir.