Yanan binada baş redaktorun ailə üzvləri də olub

25 Fevral 2019 15:26 (UTC+04:00)

Bu gün Bakı şəhər Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində “Qoşa Park” yaşayış kompleksində baş verən yanğından "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin ailəsi də zərər çəkib.

Publika.az xəbər verir ki, bu barədə qəzetin əməkdaşı Günel Cəlilova məlumat verib.

Belə ki, hadisənin baş verdiyi binada baş redaktorun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da olub və onlar xilas edilib. “Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır”, deyə GŞ.Cəlilova əlavə edib.