Xalq artisti 27 il əvvəl Xocalıda qətlə yetirilən körpə üçün LAYLA DEDİ - VİDEO

26 Fevral 2019 14:23 (UTC+04:00)

Xalq artisti Afaq Bəşirqızı Xocalı şəhidlərinə həsr olunmuş layihədə layla deyib.

Publika.az xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı İctimai Televiziya daha bir layihəyə imza atıb. Sözügedən layihədə Xalq artisti Afaq Bəşirqızı iştirak edib.

Videoçarxda şeir söyləyən Xalq artistinin 27 il əvvəl Xocalı faciəsində qətl edilən körpə ilə dərdləşmə səhnələri təsvir edilib.

Şəhidlər Xiyabanında lentə alınan videoçarxı təqdim edirik: