Daşkəsəndə Novruz tonqalında BƏDBƏXT HADİSƏ: 11 yaşlı uşaq...

26 Fevral 2019 22:05 (UTC+04:00)

Daşkəsən rayonunda uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un məlumatına görə, rayonun Alunitdağ qəsəbəsində qalanan çərşənbə tonqalının kənarına toplaşan uşaqlardan biri - 11 yaşlı oğlan yıxılaraq başı daşa dəyib.

Ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.