"Trabzonspor"dan BİABIRÇI MƏĞLUBİYYƏT - Kubokla vidalaşdı

27 Fevral 2019 02:00 (UTC+04:00)

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Trabzonspor” 1-ci liqa təmsilçisi “Ümraniyəspor”la qarşılaşıb. Super Liqa klubu bu oyunda məğlub olaraq mübarizəni dayandırıb. “Ümraniyəspor” isə ilk yarımfinalçı olub.

Türkiyə Kuboku, 1/4 final

26 fevral

Ümraniyəspor – Trabzonspor 3:1

27 fevral

15:00. Hatayspor – Qalatasaray
21:00. Göztəpə – Yeni Malatyaspor

28 fevral

21:00. Kasımpaşa – Akhisarspor