TFF Şenol Güneşlə 4 illik müqavilə bağladı

28 Fevral 2019 14:48 (UTC+04:00)

Məşhur türkiyəli fubol mütəxəssisi Şenol Güneş Türkiyə millisinin baş məşqçisi təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Hazırda "Beşiktaş" klubunda çalışan məşqçi ilə 4 illik müqavilə imzalanıb. Müaavilə 1 iyun tarixində qüvvəyə minəcək.

Qeyd edək ki, Şenol Güneş 16 ildən sonra Türkiyə millisində fəaliyyətə başlayacaq.