Babək prospektində qəza

2 Mart 2019 23:55 (UTC+04:00)

Bakının Xətai rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Babək prospekti ilə hərəkətdə olan "90-MK-085" dövlət qeydiyyat nişanlı "Kia" markalı minik avtomobili "YY-976-VY" Gürcüstan dövlət qeydiyyat nişanlı BMW ilə toqquşub.

Qəza nəticəsində maşınlara ziyan dəysə də, xəsarət alan olmayıb.