Sərnişin və yük qatarı toqquşdu: xəsarət alanlar var

5 Mart 2019 07:46 (UTC+04:00)

Çexiyada sərnişin və yük qatarı toqquşub.

Publika.az xəbər verir ki, hadisə Ronov-nad-Dubravou şəhəri yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Sərnişinlərin daşınması üçün əraziyə ehtiyat avtobus cəlb olunub.