ÇL: "Real" Madriddə biabır oldu (YENİLƏNDİ)

6 Mart 2019 01:54 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 1/4 finala yüksələcək iki komanda müəyyənləşib.

Günün əsas oyunu İspaniyada baş tutub. "Real" gözlənilmədən doğma meydanda böyük hesabla məğlub olub. 4:1 hesablı qələbə "Ayaks"ı 1/4 finala daşıyıb.

Günün digər oyunu Almaniyada keçirilib. İlk oyunda (0:3) böyük hesabla məğlub olan “Borussiya Dortmund” cavab oyununda da meydanı başıaşağı tərk edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki cavab oyunu sabah baş tutacaq. Bu görüşlərdə PSJ (Fransa) - “Mançester Yunayted” (İngiltərə) ilə, “Porto” (Portuqaliya) isə “Roma” (İtaliya) ilə qüvvələrini sınayacaq.

Çempionlar Liqası 1/8 final

Cavab oyunları

5 mart

“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) - 1:4

Asensio, 70 - Ziyeç, 7, Neres, 19, Tadiç, 62, Şone, 72

“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) - 0:1

Keyn, 49