Salyanda qəza: xəsarət alanlar var

6 Mart 2019 21:05 (UTC+04:00)

Salyan rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1993-cü il təvəllüdlü Tahir Cavid oğlu Manafov, 1992-ci il təvəllüdlü Asiman Taleh oğlu Hüseynov və Sarvan kənd sakini, 1970-ci il təvəllüdlü Raqil Nadir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, A.Hüseynov isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.