DÇ-2022-nin bəzi oyunları Oman və Küveytdə keçirilə bilər

7 Mart 2019 05:52 (UTC+04:00)

FİFA Dünya çempionatı – 2022-nin bəzi qarşılaşmalarının Oman və Küveytdə oynanılması variantını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, Küveyt və Oman bundan əvvəl dünya birinciliyinin keçirilməsində Qətərə köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

DÇ-2022 ənənəvi olaraq 32 deyil, 48 komandanın iştirak edəcəyi ilk dünya çempionatı ola bilər. Turnirin genişləndirilməsi, oyunların digər ölkələrdə keçirilməsini tələb edəcək. FİFA-nın göstərilən ölkələrin nümayəndələri ilə məxfi danışıqlar apardığı bildirilir. Təşkilat prezidenti Canni İnfantino bu yaxınlarda Oman və Küveytdə səfərdə olub.