İtaliyalı nazirdən həyəcanlı çağırış - Ölkə yoxsullaşır

10 Mart 2019 17:26 (UTC+04:00)

İtaliyada 2008-ci ildən 2018-ci ilədək 63 min 826 müxtəlif təyinatlı ticarət obyekti bağlanıb. Eyni zamanda bu illər ərzində ölkədə otel, bar və restoranların sayı 15, 1 faiz artaraq 44 min 926-ya çatıb.

Bu barədə İtaliyanın Ticarət işçilərinin Milli Assosiasiyasının rəhbəri Karlo Sanqalli məlumat verib. O bildirib ki, son 10 ildə 60 mindən çox ticarət obyektinin bağlanması və otellərin strukturunun zəif və nizamsız inkişafı ölkə şəhərlərini yoxsulluğa aparır. (Azərtac)