Azərbaycanda 18 yaşlı nişanlı qız DƏHŞƏT yaşadı – Vəziyyəti kritikdir

10 Mart 2019 15:34 (UTC+04:00)

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi ev- 9 ünvanında 2001-ci il təvəllüdlü Qarayeva Səbinə Seymur qızı 5-ci mərtəbədən yıxılıb.

Ağır xəsarətlərm alan 18 yaşlı qız Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin kritik-ağır olduğu və hazırda komada olduğu bildirilir.

Qeyd edək ki, 5-ci mərtəbədən yıxılan qız nişanlıdır və yaxın vaxtlarda toyu planlaşdırılır. Dünən onların evinə oğlan evi qonaqlığa gəlib. Daha sonra evdə təmizlik işləri görən Səbinə pəncərədən yıxılıb.

Muxtar