Bu avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək

14 Mart 2019 12:11 (UTC+04:00)

"Sıxılmış təbii qazla işləyən avtobusların idxalı 2020-ci ildən etibarən 5 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək".

Publika.az xəbər verir ki, bunu Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov deyib.

O bildirib ki, vergidən azad edilən avtobuslara, sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış təbii qazla işləyən avtobuslar daxildir.