"Boinq" şirkəti bu təyyarələrin istehsalını dayandırdı

15 Mart 2019 05:18 (UTC+04:00)

“Boinq” şirkəti “737 MAKS” tipli sərnişin təyyarələrinin istehsalını dayandırmaq barədə qərar qəbul edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, şirkət ABŞ və bir sıra Avropa ölkələrinin hava məkanlarını bu tip təyyarələr üçün qapalı elan etməsindən sonra belə addım atıb.

Xatırladaq ki, "Boinq 737 MAKS" tipli təyyarə martın 10-u səhər Efiopiyada qəzaya uğrayıb. Nəticədə 157 nəfər həyatını itirib. Bunun ardınca dünyanın bir çox ölkəsi bu tip təyyarələrlə uçuşları qəza ilə bağlı araşdırmanın nəticələrinin elan olunmasına qədər dayandırdığını açıqlayıb.