Pentaqon qeyri-nüvə raketlərini sınaqdan keçirəcək

16 Mart 2019 07:00 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə qadağan edilmiş qeyri-nüvə raketlərini sınaqdan keçirməyi planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun nümayəndəsi Mişel Baldanza bildirib.

“Birləşmiş Ştatlar yerüstü əsaslı qeyri-nüvə raketlərinin hazırlanması mərhələsində yoxlamaların dəstəklənməsi üçün komponentlərin istehsalı üzrə işə başladı”, - o deyib.

Onun sözlərinə görə, Rusiyanın hərəkətlərində dəyişiklik olmayacağı halda, ABŞ müqavilənin mövcudluğunun başa çatdırılmasına hazır olmalıdır.

Daha əvvəl öz mənbələrinə istinadən “Washington Post” bildirib ki, ABŞ bu il Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləylə qadağan edilmiş 30-dan çox raketin sınağını keçirməyi planlaşdırır.

Rusiyaya 5 ay vaxt verildi: QİYAMƏT SSENARİSİ işə düşür