Bayıl sakinindən silah-sursat götürüldü

16 Mart 2019 20:47 (UTC+04:00)

Bayıl sakinindən silah-sursat götürülüb.

Publika.az-ın məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə təhvil verib.