8 yaşlı qaçqın şagird şahmat üzrə çempion oldu - FOTO

18 Mart 2019 14:11 (UTC+04:00)

ABŞ-da 8 yaşlı qaçqın şagird şahmat çempionu olub.

Publika.az xəbər verir ki, Manhettendə evsizlər üçün nəzərdə tutulan sığınacaqda yaşayan Tanitoluva Adevumi ştatda məktəbililər arasında kecirilən turnirin qalibi olub.

Xəbərdə Tanitoluvanın 2017-ci ildə Nigeriyadan "Boko Haram" təşkilatının təzyiqi ilə qaçdığı qeyd edilib. Taninin təhsil aldığı məktəbin müdiri 8 yaşlı uşağın həyatın çətinliklərini özünə maneə etmədiyini və daim öz üzərində çalışdığını deyib.

Zümrüd