Xəzərdə zəlzələ baş verdi

21 Mart 2019 21:54 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verib.

Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 19:43:-də, 4,5 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.