Hərbi maşın aşdı - 1 ölü, 20 yaralı

24 Mart 2019 15:53 (UTC+04:00)

Türkiyənin Şırnak bölgəsində əsgərləri aparan zirehli avtobus aşıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 1 əsgər ölüb, 20 əsgər yaralanıb.

Silopi ilçəsindən əsgərləri Şərafəddin Elçi hava limanına aparan maşının sürücüsü idarəetməni itirib. Qəza nəticəsində yaralananlar Silopi və Cizrə xəstəxanalarına yerləşdirilib.

Gülxar