Bakıda ƏMƏLİYYAT – 2 qadın həbs edildi

25 Mart 2019 17:38 (UTC+04:00)

Bakıda oğurluqla məşğul olan qadınlar tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Ələkbər qızı saxlanılıb.

Bundan başqa Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 971 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Z.Bəkirova da tutulub.

Hər iki qadının ətrafında əlavə araşdırmalar aparılır.