Ermənilər Azərbaycanlıların soyqırımı günündə bunu edəcəklər – Qarabağla bağlı ŞOK HƏDƏF (FOTO)

26 Mart 2019 22:57 (UTC+04:00)

Erməni diasporu qondarma Qarabağ rejiminin tanıdılması istiqamətində siyasi təxribatları ilə yanaşı,mədəni təxribatlarını davam etdirir. Daha bir təxribat isə İspaniyanın Barselona şəhərindən gəlib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

"Erməni diasporu mart ayının 31-də qondarma "Artsax" adı altında Barselona şəhərində konsert təşkil olunacaq. Məqsəd mədəniyyət yolu ilə Qarabağda baş verənləri ispan cəmiyyətinə tanıtmaqdır. Bu,erməni diasporunun təxribatıdır. Məqsəd ispan cəmiyyətini çaşdırmaq və diqqəti qondarma rejimə yönəltməkdir", - o bildirib.

Belə bir tədbirin isə martın 31-də keçirilməsi təsadüf sayılan bilməz. Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının 31 mart Azərbaycanlıların soyqırımı günündə keçirilməsi onların çirkin niyyətlərini bir daha nümayiş etdirir.