"Qarabağ"ın futbolçusu xeyriyyə aksiyası keçirir - FOTO

27 Mart 2019 10:01 (UTC+04:00)

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak xeyriyyə aksiyası keçirir.

Publika.az xəbər verir ki, futbolçu Ağdam klubunda geyindiyi 52 nömrəli formasını hərraca çıxarıb.

Jezniçak bu addımı daha əvvəl şərəfini qoruduğu "Legiya" klubunun fiziki məhdudiyyətli azarkeşinə protez almaq üçün atıb.

İlk mərhələdə Yakub formaya Polşa valyutası ilə 200 zlotı qiymət qoyub. Lakin hərrac rəqabətində bu məbləğ 1300 zlotıya (təqribən 580 manat) yüksəlib.

Zümrüd