Qonşuda şəhər tamamilə sel sularının altında qaldı

29 Mart 2019 21:49 (UTC+04:00)

Artıq 10-cu gündür ki, aramsız yağan yağışlar İran şəhərlərinə ziyan vurmaqda davam edir.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Gülüstan İranın seldən ən çox ziyan görən vilayətidir. Vilayətin Gümüştəpə şəhəri tamamilə sel sularının altında qalıb. Əhali xilasedicilərlə birlikdə süni bəndlər quraraq selin qarşısını almağa çalışır. İranda yeni il ilə əlaqədar tətil günləri davam etdiyi üçün məktəblər, xəstəxanalar və dövlət idarələri işləmir. Yerli mətbuatın yazdığına görə, şəhərdən su çəkilənə qədər tətil günləri davam etdiriləcək.

Hidrometeoroqlar yağışın hələ 2 gün davam edəcəyini bildiriblər.