Qonşu ölkədə DƏHŞƏT - Həyat yoldaşının ailəsindən 9 nəfəri güllələyib öldürdü

31 Mart 2019 11:47 (UTC+04:00)

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Dezful rayonunda kişi həyat yoldaşının ailəsini "Kalaşnikov" markalı silahdan güllələyib.

Bunu İranın Dezful rayonunun polis rəisi polkovnik Hüseyn Eydi deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 1 nəfər isə yaralanıb: "Onlardan 7-si hadisə yerində, 2-si isə daha sonra xəstəxanada həlak olub. Ailəni güllələyən şəxs özünü də öldürməyə cəhd edib, hazırda o ağır yaralıdır".(Trend)