İstanbulda səslərin sayılması başa çatdı – QALİB KİMDİR?

1 Aprel 2019 21:59 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində keçirilən bələdiyyə seçkilərində səslərin sayılması başa çatıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, CHP-nin namizədi Ekrem İmamoğlu 48,79 faiz səs toplayaraq (4 milyon 169 min 987 səs) qələbə qazanıb.

Onun AKP-dən olan rəqibi Binəli Yıldırım 48,51 faiz (4 milyon 146 min 41 səs) seçicinin dəstəyini qazanıb.