Qazaxda 30 yaşlı kişi bıçaqlandı

4 Aprel 2019 01:28 (UTC+04:00)

Qazaxda 30 yaşlı kişi bıçaqlanıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Beş mərtəbə" deyilən ərazisində qeydə alınıb.

Qazax şəhər sakini, 30 yaşlı Zöhrab İman oğlu Qasımov sol döş qəfəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılıb və əməliyyat olunub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.