Cem Yılmazın 6 yaşlı oğlu hər kəsi qəhqəhəyə boğdu – VİDEO

4 Aprel 2019 13:13 (UTC+04:00)

Türkiyəli komediya ustası Cem Yılmazın oğlu konsert salonunda hər kəsi güldürüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən İstanbulda aktyorun “Diamond Elite Platinum Plus” adlı yeni stand-up şousu baş tutub. Konsertin açılışını bu dəfə aktyorun 6 yaşlı oğlu Kamal edib. Atasını səhnəyə dəvət edən Kamal “Qarşınızda atam” deyərək hər kəsi güldürüb.