"Bakubus" avtobusu səfirin avtomobili ilə toqquşdu

4 Aprel 2019 15:39 (UTC+04:00)

"Bakubus" avtobusu qəzaya düşüb.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, Bakubus avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.(Report)