Putin Ermənistanla bağlanmış müqaviləni təstiqlədi

30 İyun 2014 19:11 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi haqqında bağlanan müqaviləni ratifikasiya edib.

Axar.az xəbər verir ki, bu barədə hüquqi sənədlərin yerləşdirildiyi rəsmi portalda qeyd olunub.

Razılaşmaya görə, hərbi təyinatlı məhsullar tərəflər arasında imzalanmış müqavilə əsasında çatdırılacaq.

Qeyd edək ki, sözügedən müqavilə ötən ilin iyunun 25-də İrəvanda bağlanmışdı.