Bütün dünyanın gözü orada - Nadir hadisə 7 apreldə canlı yayımlanacaq

6 Aprel 2019 14:58 (UTC+04:00)

“Ərəb baharı”ndan sonar zəifləyən turizmini canlandırmağa çalışan Misir daha bir yeniliyə imza atacaq.

Publika.az xəbər verir ki, ölkənin ilk fironlarından birinə aid olduğu ehtimal edilən antik qəbir canlı yayımda açılacaq.

4 min il yaşı olan qəbirin açılışını bütün dünyada televiziyalar vasitəsilə 2 saat canlı izləmək mümkün olacaq.

Yayım ərzində qəbirin yerləşdiyi piramidanın tunelləri və adlı-sanlı ailəyə məxsus 40 fərqli mumyanın olduğu otaqlar da ziyarət ediləcək.

Proses 7 apreldə “Discovery Channel” kanalı vasitəsilə nümayiş olunacaq.

Zümrüd