Məktəbdən intihar edən şagirdlə bağlı AÇIQLAMA: Yıxılaraq...

6 Aprel 2019 15:26 (UTC+04:00)

VIII sinif şagirdinin ölümü ilə bağlı məktəb başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə 162 nömrəli məktəbin sosial şəbəkədəki hesabında paylaşım edilib.

“Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.
Məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Allah rəhmət eləsin”.