Qarabağlı məktəblilər Karlsenlə şahmat oynadı - VİDEO

7 Aprel 2019 11:28 (UTC+04:00)

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli üzvü ilə şahmat üzrə dünya çempionu Maqnus Karlsen arasında Şəmkir rayonunda şahmat sülh naminə oyunu keçirilib.

Publika.az xəbər verir ki, yarışdan əvvəl məktəblilər Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar.

Sonra Şəmkirdə Heydər Əliyev Mərkəzində yarışa start verilib. Yarışdan sonra uşaqlar Karlsenə arzularını çatdırıblar və onunla şəkil çəkdirib imzasını alıblar.