Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Zelenski Putinlə danışıqlara hazırdır

Zelenski Putinlə danışıqlara hazırdır

7 Aprel 2019 23:42 (UTC+04:00)

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski qərb nümayəndələrinin iştirakı ilə Donbasda sülh haqqında Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

Publika.az xəbər verir ki, o, bu haqda “Ukrayna” telekanalının efirində bildirib.

“Atəşi dayandırmaq lazımdır ki, bizim uşaqlarımızın həlak olmasına son qoyulsun”, - Zelenski deyib.

Prezidentliyə namizəd ərazilərin heç vaxt fəda edilməyəcəyini qeyd edib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.