DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

8 Aprel 2019 12:12 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Salyanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Neftçala rayon sakini N.Həbiyev idarə etdiyi “Hyundai” markalı avtomobili Salyan rayonu Sarvan kəndində yolun kənarındakı su kanalına aşırıb.

Nəticədə N.Həbiyevin sərnşinlərindən Mərhəmət İsrafilov hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Ş.Abışov ölüb, digərlərinin vəziyyəti qənaətbəxşdir.