İrana qarşı SƏRT QƏRAR: 2020-ci ilə qədər...

8 Aprel 2019 15:24 (UTC+04:00)

Avropa Şurası İrana tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Publika.az xəbər verir ki, İrana “ciddi insan hüquqları pozuntuları” səbəbilə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddəti 13 aprel 2020-ci ilə qədər uzaldılıb.

Bu barədə Avropa Şurasından yazılı açıqlama verilib. Bildirilib ki, İranın sanksiya siyahısında mülkləri dondurulmuş və viza qadağası qoyulmuş 1 şirkət və 82 nəfər var. Həmçinin, ölkəyə təzyiq ünsürü kimi istifadə olunacaq dinləmə texnologiyaları və buna bənzər vasitələrin idxalı da qadağandır.

Qeyd edək ki, Avropa Şurası 2011-ci ildən etibarən İrana sanksiya tətbiq edir.

Zümrüd