Ukrayna borc içində batır – Baş nazirdən ŞOK ETİRAF

9 Aprel 2019 07:30 (UTC+04:00)

Ukraynanın baş naziri Vladimir Qroysman ölkənin borc içində olduğunu söyləyib.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna hökumətinin saytında məlumat verilib.

“Hər kəs yüksək maaş və pensiyanın, daha yaxşı infrastrukturun olmasını istəyir. Lakin borcla sıxılırıq. Peşəkar və yüksək keyfiyyətli dövlət borcunun idarə edilməsi sabitlik məsələsidir. Ümumu daxili məhsul artmalı və borc azalmalıdır”, - o deyib.

Qroysman bu il ölkə büdcəsinin üçdə birinin borcun ödənilməsinə sərf ediləcəyini ifadə edib.

Daha əvvəl verilən məlumata görə, Ukrayna 2019-cu ildə xarici borcun ödənilməsinə 15,7 milyard dollar xərcləməlidir.